Saytımızı qiymətləndirin


 
 

Qarabağda minalar günahsız insanların həyatına son qoyur - XİN başçısı
Tarix: 13-09-2023 | Saat: 15:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Qarabağda minalar günahsız insanların həyatına son qoyur - XİN başçısı

Ermənistan tərəfindən basdırılmış minalar işğaldan azad edilmiş ərazilərdə günahsız insanların həyatına son qoymağa davam edir.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı bildirib.

 Nazir bildirib ki, Ermənistan tərəfindən aparılan bu kimi addımlar Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə mane olur:

 

"Basdırılmış minalar günahsız insanların həyatına son qoymağa, azərbaycanlı məcburi köçkünlərin qayıdış hüquqlarını əngəlləməyə davam edir. 2020-ci il noyabrın 10-dan indiyə  qədər işğaldan azad edilmiş ərazilərdə 306 nəfər minadan zərər çəkib, ümumilikdə, son 30 ildə 3300-dən çox azərbaycanlı minaların qurbanı olub. Bu böyük bir rəqəmdir". 

 


Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər