Ana Sayfa > Karusel / Siyasət > Baş nazir: “Bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik”
Baş nazir: “Bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik”29-05-2021, 18:30. Yazar: Admin |
“Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik”. Qarabaginfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib. Baş nazir qeyd edib ki, bu, bizim prinsipial mövqeyimizdir: “Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir”.
Geri dön |