Saytımızı qiymətləndirin


 
 

Laçında “ASAN Xidmət" və DOST Mərkəzinin fəaliyyəti nəzərdə tutulub
Tarix: 11-07-2024 | Saat: 15:22
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçında “ASAN Xidmət" və DOST Mərkəzinin fəaliyyəti nəzərdə tutulub

Laçında yaxın zamanda “ASAN Xidmət" və DOST Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumların əməkdaşlarının və onların ailə üzvlərinin Laçın ərazisində yaşayışının təmin olunması üzrə bir sıra tədbirlər görülüb:

"Laçında yaxın zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı, Operativ və Sosial Təminat Agentliyinin və “ASAN Xidmət” Mərkəzinin fəaliyyətə başlayacağını da diqqətinizə çatdırmaq istəyirəm. Bu məqsədlə növbəti mərhələdə tikinti prosesinin sürətləndirilməsi nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərin sakinlərinin köçürülməsi prosesinin əvvəlcədən nəzərdə tutulduğu kimi 2026-cı ilə qədər müəyyənləşdirilən prioritetlərə uyğun şəkildə icrası nəzərdə tutulur".



Xəbəri paylaş

1199 dəfə oxunub.

Digər xəbərlər