Saytımızı qiymətləndirin


 
 

Paşinyan Blinkenlə Brüsseldə keçiriləcək görüşü müzakirə etdi
Tarix: 05-04-2022 | Saat: 22:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Paşinyan Blinkenlə Brüsseldə keçiriləcək görüşü müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Paşinyanla ABŞ dövlət katibi telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər Cənubi Qafqazda baş verən proseslərə toxunublar. ATƏT-in Minsk Qrupunun həmsədrliyinin işi kontekstində regional sabitliyin və sülhün təmin edilməsinin vacibliyi qeyd edilib. Həmsöhbətlər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişelin birgə görüşü keçiriləcək.



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər