Dünyada ən yüksək orta aylıq əmək haqqı olan ölkələrin siyahısı açıqlanıb.
Qarabaginfo.az bildirir ki, 196 ölkənin daxil olduğu reytinqi CEOWORLD jurnalı tərtib edib.
2024-cü ildə ən yüksək orta aylıq əmək haqqı İsveçrə (8 111 dollar), Lüksemburq (6 633 dollar), ABŞ (6 455 dollar), İslandiya (6 441 dollar), Norveç (5 665 dollar), Danimarka (5 642 dollar), Kanada (5 081 dollar) , Qrenlandiyada (4665 dollar) olub. İrlandiya (4622 dollar), Hollandiya (4581 dollar) ölkələridir.
Ermənistan 92-ci yeri (541 dollar), Gürcüstan 93-cü yeri (534 dollar), Azərbaycan 99-cu yeri (494 dollar) Rusiyada 34-cü yeri (2159 dollar) tutub.
Maliyyə, sığorta, elektrik enerjisi, mədənçıxarma, informasiya texnologiyaları, pərakəndə satış və təhsil ən yüksək maaşlı işləri təklif edir. Digər tərəfdən, inzibati dəstək, hotel biznesi və tikinti ən az ödənişli sahələrdir.
Bununla belə, ölkələr üzrə maaşları müqayisə edərkən inflyasiyanı nəzərə almaq vacibdir. Son illərdə bir çox ölkələrdə alıcılıq qabiliyyətinə təsir edə biləcək yüksək səviyyəli inflyasiya müşahidə olunur.
Bu inflyasiya dərəcələri əsasən pandemiya və bunun nəticəsində tədarük zəncirinin pozulması ilə əlaqədar olub. Bundan əlavə, Rusiya-Ukrayna münaqişəsi, ABŞ-Çin strateji rəqabəti, Yaxın Şərqdə davam edən münaqişə, Hindistan və Çin arasında geosiyasi rəqabət, Çində iqtisadi ləngimə kimi geosiyasi risklər bu problemləri daha da dərinləşdirib.
İsrail və HƏMAS arasında mövcud münaqişə bu vəziyyəti daha da pisləşdirə bilər.