Tarix: 22-03-2022 | Saat: 17:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
"İlk növbədə Ukrayna məsələsində hər kəsin niyyəti atəşkəs və sülh olmalıdır".
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, hər kəs bu məsələdə məsuliyyətli olmalıdır.
“Hər kəs konstruktiv addımlar atmalıdır. Mən bunu dedikdə Rusiyanın etdiyi səhvlərə göz yummaq lazımdır demirəm, müharibəni dayandırmalıyıq. Atəşkəsin təmin edilməsi lazımdır. Və bundan sonra atılması lazım olan addımlar da var ki, onların arasında etimadın bərpası, münasibətlərin normallaşması da var. Hər müharibə sülh də gətirə bilər. Amma davam edən müharibənin zərərini Ukrayna, məsum insanlar ödəyir”, - deyə o bildirib.
M. Çavuşoğlu onu da bildirib ki, dünən axşamdan Rusiya və Ukrayna tərəfi ilə, xüsusən də, Belarusda görüşən xüsusi nümayəndələrlə təmasdadırlar: “Hansı mövzularda yaxınlaşma var, bunu öyrənirik. Elə olur ki, razılaşdıqları məsələlərdə bir gün sonra fərqli vəziyyət yaranır”.
Digər xəbərlər