Saytımızı qiymətləndirin


 
 

2 nəfər ölüb, 55 nəfər yaralanıb - Qırğızıstan yeni məlumat yaydı
Tarix: 16-09-2022 | Saat: 17:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş vermiş münaqişənin nəticələri barədə yeni məlumat yayıb.

 

Qarabaginfo.az xəbər verir ki, nazirliyin məlumatına görə, Tacikistanla münaqişə zamanı 2 Qırğızıstan vətəndaşı ölüb, 55 nəfər yaralanıb.

 

Xatırladaq ki, bü gün səhər Qırğızstan-Tacikistan sərhədində atəşkəs yenidən pozulub.

 

Daha sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarov tacikistanlı həmkarı İmomali Rahmonla sərhədindəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar.

 

İki ölkə lideri atəşi dayandırmağa, qoşunların təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar.

 

İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər
29-11-2022, 12:46 Sabah yağış yağacaq