Saytımızı qiymətləndirin


 
 

Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək
Tarix: 14-06-2024 | Saat: 13:43
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpa edilməsi haqqında” sərəncam verib.

 

Qarabaqinfo.az-ın xəbərinə əsasən, sərəncama əsasən, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində bu Sərəncama əlavə edilən xəritədə göstərilmiş 450,0 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiq etməli, yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, yasaqlığın mühafizəsi və təbliği ilə bağlı zəruri tədbirlər görməli, yasaqlıq ərazisində yerləşən təbiət komplekslərinin inventarlaşdırılmasını təmin etməli və işlər başa çatdıqdan sonra bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

 

Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Xəbəri paylaş

1510 dəfə oxunub.

Digər xəbərlər