Saytımızı qiymətləndirin


 
 

Qarabağ Universitetində kimlər təhsil alacaq?- RƏSMİ AÇIQLAMA
Tarix: 09-02-2024 | Saat: 15:04
Bölmə:Karusel / Təhsil / Qarabağ | çapa göndər

Qarabağ Universitetində kimlər təhsil alacaq?- RƏSMİ AÇIQLAMA 

“2024-2025-ci tədris ilinin sentyabrında Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında bakalavriat səviyyəsinə I tədris ilinə müxtəlif ixtisaslara təxminən 1000 nəfər tələbənin qəbulu aparılacaq”


Bunu Qarabaqinfo.az -a Mərkəzin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev deyib. 


O bildirib ki, Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinə tələbə qəbulunu 2 formatda həyata keçirməyi planlaşdırır:

 

“Qarabağ Universitetində birinci tədris ilində professor-müəllim heyəti və tədqiqatçılar həm daimi əsaslarla, həm də dövri (həftəlik, aylıq, semestrlik və s.) fəaliyyət göstərə bilər. Bütün heyətin Universitet üçün nəzərdə tutulmuş ərazidə yerləşdirilməsi (mənzil-yataqxana təminatı) və digər xərclər qarşılanacaq.

 

Bundan əlavə Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan əsasında və  digər universitetlərlə mübadilə və mobillik proqramları çərçivəsində II tədris ilinə də tələbə qəbulu planlaşdırılır.

 

Birinci tədris ili üçün Universitetə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) qəbul aparılması nəzərdə tutulur. Eyni zamanda tələbələrə əlavə adlı təqaüdlərin verilməsi təklif olunur. Bütün təhsilalanların Universitet ərazisində yaşayış kompleksində mənzil tipli yataqxana ilə təmin olunacaqdır”.

 

Mətbuat katibi eyni zamanda qeyd edib ki, Qarabağ Universitetində təkcə keçmiş məcburi köçkünlər yox, bütün vətəndaşlar təhsil ala biləcəklər. 

 

Xatırladaq ki, ötən il Prezidentin İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

 

Universitetdə pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlərə aid, incəsənət, turizm sahələri üzrə ixtisaslar tədris olunacaq.

 

Elm və təhsil nazirinin müavini İdris İsayev universitetdə ilkin mərhələdə 70 nəfərin işlə təmin olunmasının gözlənildiyini, onların böyük hissəsinin akademik şəxslər olacağını söyləyib. Qeyd edib ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması nəzərdə tutulur.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər
15-08-2018, 10:00 26 yaşlı manat...