Saytımızı qiymətləndirin


 
 

Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir - Prezident
Tarix: 04-06-2024 | Saat: 10:58
Bölmə:Karusel | çapa göndər

Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir - Prezident

Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

 

Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib:

 

“Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər