Saytımızı qiymətləndirin


 
 

Deputatlar Paşinyanla qapalı görüşdən İMTİNA ETDİLƏR
Tarix: 23-12-2021 | Saat: 11:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistan parlamentdəki müxalif “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları hakim partiyanın baş naziri Nikol Paşinyanla Qarabağ münaqişəsilə bağlı vəziyyətin müzakirə olunacağı qapalı görüş keçirmək təklifini rədd edib.

Qarabaqinfo.az  Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hər iki fraksiyanın birgə bəyanatında qeyd edilir ki, onlar Ermənistanın baş naziri ilə qapalı görüşü məqsədəuyğun hesab etmirlər.


Məlumata görə, Ermənistan parlamentinin sədri Alen Simonyan görüş təklifini fraksiyalara təqdim edib.


“Xatırladırıq ki, hələ 2020-ci ilin oktyabrında, müharibə günlərində Nikol Paşinyanla bu formatda görüşlər olub və söhbətin təfərrüatları hələ də onun tərəfindən təhrif olunur”,-deyə “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının bəyanatında qeyd edilir.


Müxalif qüvvələr hesab edir ki, danışıqlar prosesinin özü hərbi və ya dövlət sirri deyil. Erməni xalqını narahat edən məsələlərlə bağlı qapalı görüşün formatı istənilən halda qəbuledilməzdir.


Fraksiyalar Paşinyanla yalnız açıq formatda, bərabər və məsuliyyətli şərtlərlə görüşəcəklərini bəyan ediblər, lakin hakimiyyət buna razı olmayıb.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər
15-06-2021, 11:40 Sabahın hava proqnozu