Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı minik avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı hasara daha sonra evə çırpılıb. Qəzada sürücü yüngül xəsarət alıb. Avtomobil yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır.