Saytımızı qiymətləndirin


 
 

Həbsxanada görüşərik - Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ 
Tarix: 30-05-2024 | Saat: 14:02
Bölmə:Karusel / Dünya | çapa göndər

Həbsxanada görüşərik - Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ 

 

Bilirəm ki, Paşinyanla (Ermənistanın baş naziri – red.) görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm.

Qarabaqinfo,az xəbər verir ki, bunu Ermənistanda keçirilən aksiyaların rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan mayın 30-da İrəvandakı Respublika meydanında itaətsizlik etirazı zamanı jurnalistlərlə söhbətində deyib.
 

Onun sözlərinə görə, Paşinyanla hər gün görüş gözlənilir.

“Nə bu adamın, nə də Vahe Qazaryanın (Ermənistanın daxili işlər naziri - red.) cəsarətləri yoxdur”, - Qalstanyan qeyd edib.

Qalstanyan sözlərinə görə, hazırda hökumətdə qanunsuz iclas çağırılıb.

“Bu adam hər cəhətdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən. Siz velosiped sürürdünüz, amma indi velosiped haradadır?”, - deyə hərəkatın lideri əlavə edib.

Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, əgər kimsə onunla görüşmək istəyirsə, qəbula yazıla bilər.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər