Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb
Tarix: 13-09-2022 | Saat: 12:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Rusiya XİN: "Kiyevə silah tədürükü "xüsusi əməliyyat"ın genişlənməsinə səbəb olacaq"

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Bəyanatda Rusiya tərəfi baş verən eskalasiyadan narahatlığını ifadə edib.

“Biz hədsiz narahatlığımızı bildiririk, tərəfləri vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və atəşkəsə ciddi riayət etməyə çağırırıq, Bakı və İrəvanla sıx təmasdayıq.

Moskva vaxtı ilə saat 09.00-dan etibarən atəşkəslə bağlı Rusiyanın vasitəçiliyi nəticəsində əldə olunan razılaşmanın tam şəkildə yerinə yetiriləcəyini gözləyirik.

Bütün mübahisəli problemlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərində isə Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, - bəyanatda qeyd olunub.



Xəbəri paylaş

159 dəfə oxunub.

Digər xəbərlər