Tarix: 07-12-2022 | Saat: 16:50
Bölmə:Karusel | çapa göndər
Dövlət Sosial Müdafiə Fondu Hesablama Palatasının apardığı yoxlamalarla bağlı açıqlama yayıb.
DSMF-dən Qarabaginfo.az-a verilən açıqlamada deyilir:
"Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək olan dövrdə təyin olunub. Pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırması halları aşkarlanıb.Sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır. Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır. DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib. Hesabatın dərci Fondun fəaliyyətində şəffaflığın göstəricisidir".
Qeyd edək ki, F.Ələkbərov 7 fevral 2006-cı ildən 22 oktyabr 2013-cü ilədək əmək və əhalinin sosial müdafiəsi naziri olub.
Xatırladaq ki, Hesablama Palatası DSMF-də yoxlama aparıb, nöqsanlar aşkarlayıb, 612 min manat vəsaitin büdcəyə bərpa olunmasını təmin edib.
Digər xəbərlər