Saytımızı qiymətləndirin


 
 

Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
Tarix: 12-10-2026 | Saat: 16:43
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan

 

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun 2026-cı ildə keçirilməsi real deyil.

Qarabaginfo.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan “RFI”-yə müsahibəsində deyib.

Paşinyanın sözlərinə görə, referendumun keçirilməsi üçün ən azı Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməsi zəruridir. O qeyd edib ki, ölkə hələ belə bir müraciət təqdim etməyib.

Baş nazir vurğulayıb ki, Aİ-yə üzvlük üçün müraciət etmək Ermənistanın özü üçün məqsəd deyil.

“Əgər indi məndən Ermənistan Respublikasının bu gün Avropa İttifaqının üzvü olmağa hazır olub-olmadığını soruşsanız, səmimi cavabım “xeyr” olar. Bu meyarlara uyğunlaşmaq üçün hələ çoxlu islahatlar həyata keçirməliyik”, – Paşinyan bildirib.



Xəbəri paylaş

4 dəfə oxunub.

Digər xəbərlər