Saytımızı qiymətləndirin


 
 

Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib
Tarix: 12-10-2026 | Saat: 16:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

Kreml: Rusiya Yaxın Şərqlə bağlı razılığa gəlmək üçün kömək etməyə hazırdır » Qarabaginfo.az

Rusiya atəşkəs istəmir, uzunmüddətli sülh istəyir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs təklifinə münasibət bildirərkən deyib.

Peskov qeyd edib ki, Rusiya atəşkəs deyil, uzunmüddətli sülh istəyir və buna nail olmaq üçün hər şeyi etməyə hazırdır.

Kremlin sözçüsü, həmçinin, əlavə edib ki, Rusiya Ukrayna məsələsindəki səylərinə görə Amerika danışıqçılarına minnətdardır.

Qeyd edək ki, Zelenski Rusiya 60 günlük atəşkəsə razılaşarsa, Ukraynanın seçkilər keçirməyə hazır olduğunu bildirib.

Peskov bildirib ki, "Əgər Kiyev seçkilər keçirmək qərarına gələrsə, Putin seçki günü Ukraynaya qarşı zərbə endirməməyi əmr etməyə hazır olacaq. Lakin Zelenskinin tələb etdiyi 60 gün seçkilərin keçirilməsi üçün deyil, güc toplamaq, yaraları sağaltmaq və müharibəni davam etdirmək üçündür".



Xəbəri paylaş

4 dəfə oxunub.

Digər xəbərlər