Saytımızı qiymətləndirin


 
 

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 72%-ə çatıb
Tarix: 12-10-2026 | Saat: 17:04
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 72%-ə çatıb

İqtisadiyyatımız özəl sektorun aparıcı rolu əsasında inkişaf edir. 2020-ci ildən bəri qeyri-neft-qaz iqtisadiyyatımız orta hesabla ildə 5 faiz artıb və onun ÜDM-də payı 2025-ci ildə 72 faizə çatıb.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Komboca biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycan 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib ki, bunun da yarısı birbaşa xarici investisiyaların payına düşür: "İqtisadi artımın əsas hərəkətverici qüvvəsi özəl sektor olub. Son səkkiz ildə Azərbaycanda özəl sektorda iş yerlərinin sayı iki dəfə, son altı ildə isə qeyri-neft-qaz ixracımız da iki dəfə artıb. Məhz buna görə sahibkarlar üçün yeni dəstək mexanizmləri tətbiq etməyə davam edirik. Biznes subyektləri güzəştli kreditlər, kredit zəmanətləri və kreditlər üzrə subsidiyalaşdırılan faiz dərəcələrindən yararlana bilirlər. Hökumət, həmçinin Azərbaycan məhsullarının xarici bazarlara daha rəqabətli qiymətlərlə çıxmasını təmin etmək məqsədilə ixracatçıların nəqliyyat və logistika xərclərinin 70 faizədək hissəsini kompensasiya edir”.

“Biz sənaye parkları vasitəsilə əlverişli investisiya mühiti formalaşdırmağa çalışırıq. Dost Kambocada da mövcud olan oxşar, cəlbedici və səmərəli rejim barədə təcrübə mübadiləsi aparmaq imkanını yüksək qiymətləndirirəm. Bakı Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası ixracyönümlü istehsal və yüksək əlavə dəyər yaradan xidmətlər üçün xüsusi hüquqi və vergi çərçivəsi təqdim edir. İnvestisiya təşviqi sənədi alan sahibkarlar yeddi il müddətinə vergi və gömrük güzəştlərindən yararlanırlar”, - deyə nazir qeyd edib.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər