Saytımızı qiymətləndirin


 
 

Meksikada jurnalistlərin qətli etiraza səbəb olub
Tarix: 27-01-2022 | Saat: 07:34
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Meksikada jurnalistlərin qətlə etiraza səbəb olub

Meksikada son 2 həftədə 3 jurnalistin qətlə yetirilməsi etirazlara səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, media nümayəndələri iş yerlərinin qarşısında toplanaraq son hadisələrə etirazlarını bildiriblər. Jurnalist Ludr Maldonado yanvarın 23-də Tixuana şəhərində evinin yaxınlığında avtomobilində olarkən silahlı şəxslər tərəfindən güllələnib. Yanvarın 17-də isə fotomüxbir Marqarito Martinez Ezqivel yenə eyni şəhərdə qətlə yetirilib. Verakruz ştatında itkin düşən jurnalist Luis Qamboa Arenasın isə bıçaqlanaraq öldürüldüyü məlum olub. Jurnalistləri Qoruma Komitəsinin (CPJ) hesabatına görə, Meksika jurnalistlərə qarşı şiddət tətbiq olunan və bu cür hadisələrin ölümlə nəticələndiyi ən təhlükəli ölkələrdən hesab olunur. Ölkədə 2000-ci ildən bu yana 148 jurnalist qətlə yetirilib.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər