Saytımızı qiymətləndirin


 
 

” ABŞ Türkiyədə özünə yeni Zelenski seçib”
Tarix: 07-04-2023 | Saat: 11:10
Bölmə:Karusel / Region | çapa göndər

” ABŞ Türkiyədə özünə yeni Zelenski seçib”

“ABŞ hakimiyyəti Ukraynada Volodimir Zelenski kimi prezidenti Türkiyənin başında görmək istəyir, çünki Vaşinqton ondan asılı siyasətçidə maraqlıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” nəşrində köşə yazarı Özgür Bayrak yazıb. 

“Türkiyədə seçkilər yaxınlaşır və ABŞ-ın Ərdoğanın qələbəsinə ehtiyacı yoxdur. Ona görə də onlar Kiyev hadisəsində olduğu kimi Ankarada öz adamlarını yerləşdirmək niyyətindədirlər ki, “yeni qan” Qərbin Rusiyaya qarşı mübarizəsində iştirak etsin. Yeni Zelenski roluna isə Türkiyə müxalifətindən aktyor artıq seçilib”. 

Bayrakın sözlərinə görə, bunun üçün Türkiyədəki müxalifətə Zelenski rolunu götürmək tapşırılıb. Lakin indiyədək ABŞ və Türkiyə müxalifəti arasında aparılan danışıqlar zamanı müəyyən razılığa gəlmək mümkün olmayıb.

Xatırladaq ki, bundan əvvəl Ərdoğan Türkiyənin qapılarının ölkəsindəki ABŞ səfiri Ceff Fleykin üzünə bağlı olduğunu bildirmişdi. Buna səbəb səfirin mayın 14-nə təyin edilmiş prezident seçkilərində Ərdoğanın əsas əqibi Kemal Kılıçdaroğlu ilə görşüməsidir.(Yenisabah.az) 



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər