Saytımızı qiymətləndirin


 
 

ABŞ və Ukrayna arasında təhlükəsizlik müqaviləsi yaxın həftələrdə imzalana bilər
Tarix: 15-05-2024 | Saat: 15:58
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ və Ukrayna arasında təhlükəsizlik müqaviləsi yaxın həftələrdə imzalana bilər

ABŞ və Ukrayna arasında təhlükəsizlik müqaviləsi yaxın həftələrdə imzalana bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Blinken deyib ki, onlar son vəziyyəti, xüsusilə də Xarkov istiqamətindəki vəziyyəti müzakirə ediblər.

"Biz anlayırıq ki, hərbi yardımımız çox kritik bir məqamda gəlir. Ukrayna yenidən qəddar rus hücumu ilə üz-üzədir, mülki infrastrukturun, insanların hədəf alındığını görürük. Mən Prezidentlə də, XİN rəhbəri ilə görüşlərimdə bildirdim ki, silah-sursatın cəbhəyə çatdırılmasına tələsirik.

Biz həmçinin Ukrayna və ABŞ arasında ikitərəfli təhlükəsizlik müqaviləsini də müzakirə etdik", - Blinken deyib.

O əlavə edib ki, razılaşmanın mətni üzərində yekun işlər gedir və yaxın həftələrdə bu müqavilə imzalanacaq.

ABŞ dövlət katibi xatırladıb ki, artıq bir neçə ölkə Ukrayna belə sənəd imzalayıb və bunun üzərində işləyir. "Bu Putin üçün siqnaldır ki, biz uzun müddət Ukraynanın yanında olacağıq", - Blinken vurğulayıb.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər