Tarix: 07-02-2022 | Saat: 19:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Prezidenti “Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında” Fərman imzalayıb.
Qarabaginfo.az-ın xəbərinə görə, Fərmana əsasən, hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Fərmana əsasən, Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Digər xəbərlər