Saytımızı qiymətləndirin


 
 

Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
Tarix: 13-05-2024 | Saat: 08:24
Bölmə:Karusel / Region | çapa göndər

Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb

Fransa mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirilməsini alqışlayır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

"Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, onların ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarını tərəflər tərəfindən təsdiqlənməsinin vacibliyini vurğulayır. XİN bu kontekstdə 19 aprel 2024-cü il tarixli razılaşdırılmış prinsiplər əsasında və yerlərdə aparılan ilk demarkasiya işlərinin davamı olaraq prosesi davam etdirməyə çağırır. Eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır. Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına yardım etmək təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək".



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər