Tarix: 03-05-2024 | Saat: 15:53
Bölmə:Karusel / Dünya | çapa göndər
Bu gün Çin yerli vaxtla saat 18:00-da Ayın Yerdən görünməyən tərəfinə robot kosmik aparatı göndərib. “Chang'e-6” zondu Pekinin 2020-ci il missiyasının ehtiyat kosmik gəmisindən istifadə etməklə kosmosa göndərilib. O, Ayın daim Yerdən uzağa baxan tərəfindən torpaq və qaya parçalarını toplayacaq.
Qarabaqinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, 2007-ci ildə start verilən mifik Ay ilahəsinin adını daşıyan ilk “Chang'e” missiyasından bəri Çin ABŞ və Rusiya ilə texnoloji uçurumu daraltmaqla Yerin təbii peykinin kəşfiyyatında irəliyə doğru sıçrayış edib.
Çin 2020-ci ildə Ayın yaxın tərəfindən nümunələri Yerə gətirib və ilk dəfə olaraq ekipajsız kosmik gəmini Ayın səthindən Yerə təhlükəsiz şəkildə qaytara biləcəyini təsdiqləyib.
Yerlə birbaşa görüş xətti olmayan “Chang'e-6” missiyası 53 gün ərzində Ayın orbitində yeni yerləşdirilmiş “Relay” peykinə istinad edəcək. Həmin peyk Çinin su əlamətləri tapmaq üçün Cənub qütbünü kəşf etməyə və Rusiya ilə ibtidai forpost tikməyə başladığı vaxt, müvafiq olaraq, 2026-cı və 2028-ci illərdə ekipajsız “Chang'e-7” və “Chang'e-8” missiyalarını dəstəkləyəcək.
Çin 2030-cu ilə qədər öz astronavtlarını Aya yerləşdirməyi hədəfləyir. Pekinin qütb planları NASA-nın narahatlığına səbəb olub, onun rəhbəri Bill Nelson dəfələrlə Çinin istənilən su ehtiyatını özününkü hesab edəcəyi barədə xəbərdarlıq edib. Pekin isə ortaq gələcək qurmaq üçün bütün xalqlarla əməkdaşlığa sadiq qaldığını bildirir.
Çin “Chang'e-6” vasitəsilə Fransa, İtaliya, İsveç və Pakistandan, “Çang'e-7” ilə isə Rusiya, İsveçrə və Tailanddan faydalı yüklər daşıyacaq. NASA-nın Çinlə birbaşa və ya dolayısı ilə hər hansı əməkdaşlıq etməsi ABŞ qanunlarına görə qadağan edilib.
NASA-nın rəhbərlik etdiyi ayrıca “Artemida” proqramı çərçivəsində ABŞ astronavtları 2026-cı ildə cənub qütbünə yaxın yerə enəcəklər ki, bu da 1972-ci ildən bəri Aya ilk insan missiyasıdır.
Digər xəbərlər