“Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Sülhməramlıların çıxarılması Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb”, – deyə Kremlin sözçüsü vurğulayıb.