Saytımızı qiymətləndirin


 
 

Almaniyada Avropolun adından kütləvi dələduzluq edilib
Tarix: 16-07-2022 | Saat: 08:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniyada Avropolun adından kütləvi dələduzluq edilib

Almaniyanın Bavariya əyalətində Avropa polis təşkilatı - Avropolun adından istifadə edənlər vətəndaşların 2,5 milyon avro pulunu mənimsəyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bavariya prokurorluğu məlumat yayıb.

Hüquq-mühafizə orqanları dələduzların iş mexanizmi barədə də məlumat verib. Bildirilir ki, dələduzlar ixtiyari nömrəyə zəng edərək özlərini Avropolun əməkdaşı kimi təqdim edir və şəxsin bank hesabına müdaxilə edildiyini bildirirlər. Bundan sonra onlar tora saldıqları şəxsə hansısa proqramı yükləməyi tövsiyə edirlər.

Zərərli proqram təminatı sayəsində istifadəçinin şəxsi məlumatları və bank hesablarına dail olan fırıldaqçılar onların hesablarından vəsait götürürlər.

İlin əvvəlindən 22 000 nəfər oxşar şikayətlə polisə müraciət edib. Onların hesablarından 2,5 milyon avrodan çox vəsait çıxarılıb.

Zənglər başqa ölkədən xüsusi qaydada həyata keçirildiyi üçün nömrəni təyin etmək, və ya həmin şəxsə təkrar zəng etmək mümkün olmur. Polis zənglərin Hindistan və Pakistandan edildiyi qənaətinə gəlib.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər