Saytımızı qiymətləndirin


 
 

Deputat: “İlham Əliyev Paşinyana növbəti dəfə dərs keçdi”
Tarix: 23-06-2020 | Saat: 12:01
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi mövcuddur. Bu sənəddə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.

 

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

 

Millət vəkili bildirib ki, ölkəmizin regiondakı rolu Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. 


Onun sözlərinə görə, dövlət başçısının da qeyd etdiyi kimi, biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. 


İki il bundan əvvəl isə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır:
 

“Azərbaycan Prezidenti sammitdə yenə də Ermənistan baş nazirinin yalanlarını ifşa etdi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini, eləcə də, tarixi fakt və reallıqları qətiyyətlə bəyan etdi. Prezident İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi”.
 

Deputatın sözlərinə görə, dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, ermənilərin onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha səsləndirdi:
 

“Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi aspektlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. 


BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri şəksiz yerinə yetirilməlidir”.

 
S.Fətəliyevanın sözlərinə görə, Azərbaycanın qəti və birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır: 


"Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. 


Ermənistanın baş nazirinin tarixi təhrif edərək, insan hüquqları və demokratiya pərdəsi altında ölkəmizi ittiham etməsi özlərinin bugünədək həyata keçirdikləri işğalçı və şovinist siyasətni ört-basdır etmək üçün uğursuz bir cəhd idi". "Teleqraf"



Xəbəri paylaş

360 dəfə oxunub.

Digər xəbərlər