Ana Sayfa > Karusel / Cəmiyyət > Deputat: “İlham Əliyev Paşinyana növbəti dəfə dərs keçdi”
Deputat: “İlham Əliyev Paşinyana növbəti dəfə dərs keçdi”23-06-2020, 12:01. Yazar: Admin |
Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi mövcuddur. Bu sənəddə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri millət vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, ölkəmizin regiondakı rolu Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir.
“Azərbaycan Prezidenti sammitdə yenə də Ermənistan baş nazirinin yalanlarını ifşa etdi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini, eləcə də, tarixi fakt və reallıqları qətiyyətlə bəyan etdi. Prezident İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi”. Deputatın sözlərinə görə, dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, ermənilərin onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha səsləndirdi: “Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi aspektlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.
Geri dön |