Saytımızı qiymətləndirin


 
 

Britaniyada PUA-ları sıradan çıxarmaq üçün yeni silah hazırlanıb
Tarix: 12-04-2024 | Saat: 20:22
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniyada PUA-ları sıradan çıxarmaq üçün nəzərdə tutulmuş radiotezlikli silah hazırlanıb.

Qarabaginfo.az bildirir ki, bu barədə “The Times” qəzeti Porton Daundakı (İngiltərənin cənub-qərbindəki Uiltşir qraflığı) qapalı elmi mərkəzin nümayəndəsinə istinadən məlumat yayıb.

Məxfi elmi laboratoriyanın mütəxəssisləri konkret hədəfləri məhv etmək, xüsusən də düşmənin dronlarını və ya rabitə vasitələrini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş radiotezlikli silahlar hazırlayıblar.

Qısa lüləli silaha bənzəyən cihaz elektron sxemlərə təsir edən, onları həddən artıq yükləyən və hədəfləri sıradan çıxaran elektromaqnit impuls yaradır. Bu cihaza hərbi bazaları dron hücumlarından və ya hərəkət edən hava təhdidlərindən qorumaq üçün istifadə edilməsi də daxildir.

Müdafiə Elm və Texnologiya Laboratoriyasının sözçüsü Mett Korkun sözlərinə görə, radiotezlikli silahlar yayda ordu maşınlarına quraşdırılacaq və Britaniya ordusunun 7-ci Hava Hücumundan Müdafiə Qrupunda sınaqdan keçiriləcək.



Xəbəri paylaş

136 dəfə oxunub.

Digər xəbərlər