Saytımızı qiymətləndirin


 
 

ATƏT sədri: Dayanıqlı sülh təmin olmalıdır
Tarix: 12-04-2023 | Saat: 13:08
Bölmə:Karusel / Region | çapa göndər

ATƏT sədri: Dayanıqlı sülh təmin olmalıdır

“ATƏT-ə çətin dövrdə sədrlik edirəm. Biz inanırıq ki, ATƏT-in baxışı inklüziv və əhatəli olmalıdır. Avropa regionunda konsensus əsasında ölkələrin ərazi bütövlüyünün təmin olması ilə ATƏT öz potensialı və resurslarından istifadə edərək təhlükəsizliyi təmin etməlidir. Azərbaycan kimi ölkələrin rolu burda böyükdür”.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də regionda yaşayanlar üçün dayanıqlı sülh təmin olmalıdır: “Bütün tərəfləri sülh əsaslı mexanizmlərdən istifadə etməyə çağırıram. Azərbaycan və Ermənistan arasındakı və digər münaqişələr sülhlə həll olunmalıdır. İkitərəfli münasibətlər davam edir, delimatasiya və demarkasiya prosesi gedir, ATƏT sədri olaraq sülhü təşviq edən təşəbbüsləri dəstəkləyirəm.

Mənim Bakıdan mesajım odur ki, biz bu çağırışları, çətinlikləri yaşamışıq. Biz bilirik ki, bu necə ağrılıdır, Şimali Makedoniya mürəkkəb çağırışları dəf etməyə nail olub. Biz öyrəndik ki, bu münaqişələr nə qədər çətin olsa da, dialoqa mane olan hallar dəf oluna bilər, biz, insanlarımızı qoruya bilərik. Etibarlılığın yaradılması, döyüş meydanından uzaqlaşmağa, danışıqlar masasına yaxın olmağa çağırırıq. Biz, ATƏT sədri olaraq tərəflərə yardım etmək istiqamətində işləməyə çağırırıq.

İkitərəfli əlaqələrimizə gəlincə, biz işgüzar münasibətlərimizi, xalqlarımız arasında münasibətləri gücləndirməliyik”.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər