Saytımızı qiymətləndirin


 
 

"Azercell" Ukraynadakı abunəçilərinə dəstək olub
Tarix: 24-02-2022 | Saat: 18:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Azercell" Ukraynadakı abunəçilərinə dəstək olub

Ukraynadakı hərbi vəziyyətlə əlaqədar Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan bütün abunəçilərin ailə və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 50 AZN həcmində vəsait yükləyib. Abunəçilərə bu haqda müvafiq məzmunlu SMS göndərilib.

“Azercell”dən Qarabaginfo.az-a verilən məlumata görə, balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.

Qeyd edək ki, “Azercell”in Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52) və Online Dəstək xidməti 24 saat ərzində abunəçilərin xidmətindədir. Əlavə olaraq “Kabinetim” tətbiqi üzərindən də müraciət etmək mümkündür: https://kabinetim.azercell.com/my/login.

“Azercell” şirkəti abunəçilərinə diqqətli olmağı, hamıya sülh və əmin-amanlıq diləyir.



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər