Saytımızı qiymətləndirin


 
 

3000 min Qarabağ ermənisi Ermənistandan gedib - Paşinyan NARAHATDIR
Tarix: 19-10-2023 | Saat: 13:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

3000 min Qarabağ ermənisi Ermənistandan gedib - Paşinyan NARAHATDIR

Bu günə kimi Qarabağdan olan 3000-dən çox erməni sakin Ermənistan Respublikasını tərk edib.

Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da hökumətin iclasında deyib.

Paşinyan Qarabağ ermənilərini Ermənistanda qalmağa çağırıb:

“Mən bu mövzuda nəticə çıxarmaq istəmirəm, bəlkə də onların çoxu qohumlarını ziyarət etməyə, bir az vaxt keçirməyə gedib. Ümid edirəm ki, biz bu mesajı çox aydın şəkildə çatdırırıq və mən məcburi köçkün bacı və qardaşlarımızı Ermənistanda qalmağa çağırıram. Biz onları dəstəkləmək üçün hər şeyi edirik, de-fakto Qarabağa qayıtmaq arzusu və ya buna imkan olmadığı halda, bizim siyasətimiz onların Ermənistanda qalmaları üçün hər şeyi etməkdir.

Paşinyan Qarabağdan olan ermənilərin ehtiyaclarını ödəmək üçün Ermənistan hökumətinin artıq 100 milyon dollar ayırdığını, müxtəlif proqramlar hazırladığını xatırladıb.



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər