Saytımızı qiymətləndirin


 
 

Ermənistanda Rusiya kanalları bağlana bilər 
Tarix: 11-04-2024 | Saat: 10:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Ermənistanda Rusiya kanalları bağlana bilər 

Ermənistan Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistan yüksək texnologiyalı sənaye naziri Mxitar Hayrapetyan bildirib.

 

O qeyd edib ki, Ermənistan növbəti həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırır.

 

"Pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - nazir parlamentdə qeyd edib.

 

Hayrapetyanın sözlərinə görə, qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər