"Əslində Rusiyanın özü denasifikasiya olunmalıdır…”-Etibar Məmmədov
Tarix: 04-04-2022 | Saat: 17:26
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1865 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-04-2022 | Saat: 17:26
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“ “Bütün sərhədləri boyu təhlükəsizlik zolağı” o deməkdir ki, Rusiya həmsərhəd olan bütün dövlətləri işğal edərək öz ərazisinə qatmalıdır…”
“Denasifikasiya” dedikdə Rusiya açıq şəkildə ukrayın xalqını və dövlətini yox etmək məqsədi nəzərdə tutulur. Amma əslində Rusiyanın özü denasifikasiya olunmalıdır. Çünki bütün dünya üçün təhlükə yaratması artıq göz qabağındadır”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az əməkdaşının “Putinin Ukraynadakı denasifikasiya siyasətinin mahiyyətini necə açıqlayardınız?” sualını cavablandırarkən söyləyib.
“Bu saat əsl nasist, irqçi dövlətə Rusiya özü çevrilib. Bu saat həmin dövlət açıq şəkildə faşist siyasəti aparır. Məsələn, Kremlin baş təbliğatçılarından biri olan Solovyov dünənki çıxışında bəyan etdi ki, Rusiyanın bütün sərhədləri boyu “təhlükəsizlik zolağı” yaradılmalıdır. Buradan anlaşılır ki, Rusiya tarix boyu etdiyini yenə təkrarlamağı qarşısına məqsəd qoyub. Yəni bu ölkənin başında duranlar daim ərazilərini genişlətmək istəyəndə deyiblər ki, yanımızdakı dövlət bizim üçün təhlükə yaratdığından təhlükəsizlik zolağı yaratmalıyıq və sonra da həmin əraziləri işğal edib öz dövlətinə qatıblar. İndi də “bütün sərhədləri boyu təhlükəsizlik zolağı” o deməkdir ki, Rusiyanın həmsərhəd olan bütün dövlətləri işğal edərək öz ərazisinə qatmaq və həmin xalqları özünə tabe etmək niyyətindədir. Və bu, artıq bütün dünyaya meydan oxumaqdır, XX əsrin 30-40-cı illərində nasist Almaniyasının apardığı siyasətin XXI əsrdə davamıdır. Ona görə də bütün dünya birləşib əsl denasifikasiya və demilitarizasiyanı, yəni həm də tərksilah olunmağı Rusiyaya qarşı tətbiq etməlidir” –deyə açıqlamasının ardında partiya lideri vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
16-12-2025, 15:41
AHİK-in VIII qurultayı keçirilib, yeni nizamnamə təsdiqlənib - FOTO
3-07-2025, 11:17
Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahid Lalayev apellyasiya şikayəti verib
24-03-2020, 11:30
Azərbaycanda 720 min nəfərin küçəyə çıxması qadağan edildi
29-04-2026, 14:44
Rusiya OPEC+ təşkilatından çıxmağı planlaşdırmır
23-11-2022, 12:24
Ağdamda insan sümükləri aşkarlandı - 30 il sonra...
11-08-2020, 11:56
Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirilib - YENİLƏNİB
12-06-2024, 15:23
5 ailə üzvünü öldürən Əhmədin istintaqı YEKUNLAŞDI
20-08-2020, 14:47
AZAL vətəndaşların pullarını niyə qaytarmır?
30-03-2022, 14:08
Eldəniz Səlimovun döydüyü polisin ekspertiza rəyi: Qulaq pərdəsi cırılıb














