Saytımızı qiymətləndirin


 
 

Bakıda toy keçirilən restoran aşkarlanıb - VİDEO
Tarix: 30-03-2021 | Saat: 15:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda toy keçirilən restoran aşkarlanıb - VİDEO

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən restoranların birində  toy mərasiminin keçirilməsi aşkalanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. 

Toy sahiblərinin hər biri 400 manat, mərasiminin təşkilinə şərait yaradan restoranın müdiri barəsidə 4000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. Restoranın inzibatçısı barəsində toplanmış material isə Nizami rayon Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

1315 dəfə oxunub.

Digər xəbərlər