Saytımızı qiymətləndirin


 
 

Tərtərdəki “Vətən bağı”ndakı ağaclara şəhidlərimiz haqqında məlumatların olduğu QR kodlar yerləşdirilib
Tarix: 24-07-2023 | Saat: 21:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

2021-ci ilin sentyabrında Tərtər rayon Şıxarx qəsəbəsində təməli qoyulan “Vətən bağı” Şəhidlər Parkında bir ilkə imza atılıb. Belə ki, hər bir ağaca bir şəhidimizin şəkli, adı, ata adı və soyadı olan məlumat lövhələrinə həm də QR kodlar yerləşdirilib.

Qarabaginfo.az xəbər verir ki, QR kod oxudulan zaman həmin şəhid haqqında müfəssəl məlumat əldə etmək mümkün olacaq. Bu bağ həm də Azərbaycan ilk QR kodlu bağ kimi tarixə düşəcək.

Qeyd edək ki, “Vətən bağı” Şəhidlər Parkı Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə salınıb. Bağda 4000-dək meyvə ağacı əkilib, damcı suvarma sistemi qurulub.

3600 şəhid haqqında QR məlumat lövhələrindən artıq 2200-ü yerləşdirilib. 1988-ci ildən bu günədək şəhid olan bütün Tərtər şəhidləri, 44 günlük Vətən müharibəsində, Aprel və Tovuz döyüşlərində şəhadətə ucalan, Azərbaycanın 2 xanım Milli Qəhrəmanı (Salatın və Gültəkin Əsgərova), həmçinin Türkiyənin azadlığı və müstəqilliyi uğurunda canlarını fəda etmiş 10 türk şəhid xanımın da məlumat tabloları bağda yer alıb.(Azərtac)



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər