Saytımızı qiymətləndirin


 
 

Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Ali Məhkəmədə olub
Tarix: 06-07-2021 | Saat: 17:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Ali Məhkəmədə olub

 

Azərbaycanda səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

Ali Məhkəmədən Qarabaginfo.az-a verilən məlumata görə, nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına dərin təşəkkürünü ifadə edib. Ali Məhkəmənin sədri ölkələrimiz arasında yüksək səviyyəli çoxtərəfli əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Bir millət, iki dövlət arasında yüksələn xətlə inkişaf edən strateji münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırıldığını qeyd edən Ali Məhkəmənin sədri bu ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin diplomatiya tarixinin ən mühüm sənədlərindən biri kimi dəyərləndirib.

Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyət dairəsi barədə məlumat verib.

Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb. Hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırılmasını, Azərbaycanın hakim korpusunun formalaşmasında Türkiyə Ədliyyə Akademiyasının xidmətini xüsusi qeyd edib.

Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir səmimi görüşə görə təşəkkürünü bildirərək Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər münasibətilə təbriklərini çatdırıb, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyib, Azərbaycan xalqına bundan sonra sülh və əmin-amanlıq arzulayıb.

Nümayəndə heyətinin rəhbəri ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasını və məhkəmə-hüquq sistemində aparılan islahatları yüksək qiymətləndirib. O, həmçinin iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini və buna əminliyini nəzərə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıb.



Xəbəri paylaş

1327 dəfə oxunub.

Digər xəbərlər