Saytımızı qiymətləndirin


 
 

Papuaşvili Özbəkistan Baş naziri ilə “Orta Dəhliz”i müzakirə edib
Tarix: 08-04-2024 | Saat: 22:49
Bölmə:Karusel / Region | çapa göndər

Özbəkistanda səfərdə olan Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bu ölkənin Baş naziri Abdulla Aripovla görüşüb.

Qarabaginfo/az xəbər verir ki, sədr Baş nazir Abdulla Aripovla “Orta Dəhliz”in inkişafına dair müzakirə apardığını bildirib.

O, Özbəkistanın dəmir yolu nəqliyyatı da daxil olmaqla dəhlizin inkişafına verə biləcəyi töhvələrə dair detallı müzakirə apardığını qeyd edib.

Şalva Papuaşvili Orta Asiyaya səfərinin davam etdiyini, Türkmənistan və Qazaxıstanda da görüşlər keçirəcəyini bildirib.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər
28-09-2021, 13:25 İranda zəlzələ olub