Tarix: 05-04-2024 | Saat: 10:42
Bölmə:Karusel / Region | çapa göndər
"Brüsseldə keçirilən üçtərəfli görüşün iqtisadi gündəliyi var və Paşinyanla Leyen arasında Qranada görüşünün davamıdır".
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"İclasda regional və təhlükəsizlik məsələləri müzakirə edilməyəcək, lakin yeni sistem xarakterli məsələlər müzakirə olunacaq. Aİ və ABŞ ilə münasibətlərimiz dəyişir. Obyektiv və subyektiv səbəblərdən Ermənistanın Qərb texnologiyalarına çıxışı yox idi, bu görüş belə bir çıxışın açılması üçün bir fürsətdir. Ermənistan müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin və demokratiyamızın möhkəmlənməsinə töhfə verən ölkələrlə işləyəcək. Bu iş heç bir başqa ölkəyə qarşı yönəlməyib", - o bildirib.
"Bizim İranla yüksək səviyyəli qarşılıqlı anlaşmamız var və strateji əlaqələrimizi həqiqətən yüksək qiymətləndiririk. Biz açıq, səmimi söhbətlər, çətin müzakirələr apararaq çox güclü əlaqələr qura bilmişik və bu əlaqələri başqa ölkələrlə bağlamırıq. Ermənistan sanksiyalara əməl edir, lakin biz İranla işləyirik və çox mühüm məsələlərdə İranın mövqeyini yüksək qiymətləndiririk. İranla strateji maraqların üst-üstə düşməsi bir çox hallarda təbiidir və hakimiyyətdə kimin olması ilə heç bir əlaqəsi yoxdur. Biz İranla danışırıq, addımlarımızı izah edirik və şəffaf hərəkət edirik", - TŞ katibi qeyd edib.
Qriqoryanın əlavə edib ki, Fransa Ermənistanın təhlükəsizlik məsələlərinə çox həssas yanaşır.
Digər xəbərlər