Saytımızı qiymətləndirin


 
 

Xarici Kəşfiyyat Xidmətinin hərbçilərinin maaşlarına 20 faiz məbləğində əlavə müəyyən edilib
Tarix: 23-12-2021 | Saat: 16:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xarici Kəşfiyyat Xidmətinin hərbçilərinin maaşlarına 20 faiz məbləğində əlavə müəyyən edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Müəyyən edilib ki, bu Fərmanda nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən ödənilir.

Xarici Kəşfiyyat Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər