Saytımızı qiymətləndirin


 
 

İqamət icazələri dayandırılmayıb - Türkiyədən təkzib
Tarix: 16-07-2023 | Saat: 10:59
Bölmə:Karusel / Region | çapa göndər

İqamət icazələri dayandırılmayıb - Türkiyədən təkzib

 

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul rəsmilərinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin iqamət icazəsinin verilməsini guya yasaqlaması ilə bağlı xəbərləri təkzib edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

 

Bildirilib ki, İstanbulda “qapalı” deyilən ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir: “İstanbulda əcnəbilərə iqamət icazəsi verilməsi üçün 39 rayonun qapanması ilə bağlı yayılan xəbərlər həqiqət əks etdirmir. Müraciətlər üçün qapalı rayonların sayı 10-dur”.

 

Qeyd edək ki, ötən gün Türkiyə mətbuatında ölkənin ən iri şəhəri olan İstanbulda əcnəbilərə ilkin iqamət icazəsinin verilməsinin dayandırıldığı barədə məlumat yaymışdı.



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər