Saytımızı qiymətləndirin


 
 

Zelenski Putinlə 2 saatlıq söhbət aparan amerikalı jurnalistə müsahibə vermədi
Tarix: 04-04-2024 | Saat: 11:34
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ilin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə söbət aparan amerikalı jurnalist Taker Karlsona müsahibə verməkdən imtina edib.

Qarabaginfo.az xəbər verir ki, Karlson bu barədə konqresmen Marjorie Taylor Qrinlə ilə söhbətində danışıb.

“Biz Zelenskiyə müsahibə üçün çoxlu sorğular göndərdik ki, o, mövqeyini izah edə bilsin. Onların heç birinə məhəl qoymadı”, – Karlson qeyd edib.

Jurnalist fevralın əvvəlində Putindən müsahibə alıb. İki saatlıq söhbət Rusiya-ABŞ münasibətlərinə, Ukraynadakı müharibəyə və Rusiyanın NATO ilə münasibətlərinə həsr olunub. Kreml danışıqlar zamanı verilən 60 sualın razılaşdırılmadığını iddia edib.

Karlson Rusiya prezidenti ilə müsahibə qərarını amerikalıların Rusiya və Ukraynada baş verənlər barədə heç bir təsəvvürünün olmaması ilə ilə izah edib.

Eyni zamanda, jurnalist Zelenskini də müsahibə verməyə dəvət etdiyini və Ukrayna liderinin buna razılaşacağına ümid etdiyini bildirib.

Taker Karlson ABŞ-da məşhur televiziya aparıcısıdır. O, mühafizəkar fikirlərə sadiqdir və Respublikaçılar Partiyasını dəstəklədiyi bilinir. 2023-cü ilin aprel ayına qədər Karlson “Fox News”da çalışıb.



Xəbəri paylaş

128 dəfə oxunub.

Digər xəbərlər