Saytımızı qiymətləndirin


 
 

Dünya bazarında buğdanın tonu neçəyədir? –Qlobal ehtiyat azalır
Tarix: 13-12-2024 | Saat: 17:00
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Ən çox buğda ehtiyatı olan ölkələr

Dünya bazarında noyabr ayında buğdanın qiyməti qismən ucuzlaşıb. Buğdanın tonu 231 dollara təklif olunub.

Qarabaginfo.az bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin noyabr ayı üçün hazırladığı hesabatda deyilir.

Sənəd ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 dekabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

Bazarda Rusiya buğdasının ixrac qiyməti noyabr ayında əvvəlki aya nisbətən 3.1% ucuzlaşaraq 1 tonu 229 dollara satılıb.

Hesabata görə, qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 2024/2025-ci məhsul ilində 3.4% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.



Xəbəri paylaş

67 dəfə oxunub.

Digər xəbərlər