Saytımızı qiymətləndirin


 
 

O kəndlər qaytarılacaq: Paşinyandan hələ çox tələbimiz var
Tarix: 06-03-2024 | Saat: 17:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

O kəndlər qaytarılacaq: Paşinyandan hələ çox tələbimiz var

Xəbər verdiyimiz kimi, hələ də Ermənistanın işğalı altında olan Yuxarı Əskiparaya girmək istəyən “Döyüş qardaşlığı” birliyinin üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyan saxlanılıb və bir daha kəndə girməmək şərti ilə azad ediliblər.

Bakıvaxtı.az-ın məlumatına görə, təşkilatın üzvü Hrant Ter-Abramyan bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan həmin kəndlərin, yəni Qazaxın 7 və Naxçıvanın 1 kəndinin Ermənistan ərazisinə daxil olmadığını bildirib:

"Bu isə o deməkdir ki, həmin ərazilər Azərbaycana məxsusdur".

Onların kənd sakinləri ilə təlim keçməsinə imkan verilmədiyini söyləyən Ter-Abramyan iddia edib ki, polis saxlanılanlara o kəndlərin ermənilərə aid olmadığını deyib. Erməni ekspertlər 8 kənd məsələsində Paşinyan hökumətini ittiham etsələr də, İrəvanın qeyd olunan 8 kəndi sülh prosesi çərçivəsində, problem yaratmadan Azərbaycana qaytaracağı az ehtimal olunur. Çünki zaman-zaman "32 kənd" məsələsini gündəmə gətirən Paşinyan hökuməti bu məsələ üzərindən də siyasi alver etməyə çalışır və 8 kəndin 32 kəndin əvəzində geri verilə biləcəyindən danışırlar.

Siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan müxtəlif məsələləri siyasi alver predmetinə çevirməyi çox gözəl bacarırlar.

Analitik vurğulayıb ki, erməni ictimaiyyəti anklav və eksklavların Azərbaycana verilməsi və qarşılıqlı tanınması məsələsinə çox kəskin reaksiya verir:

"Erməni toplumu Qarabağın əldən çıxmasını, Şuşanın itirilməsini, ermənilərin Xankəndidən çıxmasını hələ də həzm edə bilmirlər. Bu azmış kimi erməni cəmiyyəti "Ermənistan əraziləri" zənn etdikləri Qazaxın 7 və Naxçıvanın 1 kəndinin də Azərbaycana qaytarılmasını özləri üçün fəlakət sayırlar”.

Fuad Abbasov: Erməni cəmiyyəti Qazaxın 7 və Naxçıvanın 1 kəndinin də Azərbaycana qaytarılmasını özləri üçün fəlakət sayırlar”.

Müsahibimiz o baxımdan indiki məqamda Nikol Paşinyan hətta istəsə belə kəndləri rahatlıqla, Azərbaycanın tələblərinə uyğun şəkildə təhvil verməsini qeyri-mümkün sayır. Onun sözlərinə görə, əlbəttə, siyasi alver müstəvisində müəyyən müzakirələr, eyni zamanda müqavimət olacaq: “Amma Paşinyan yaxşı dərk edir ki, Azərbaycan qalib tərəf kimi öz diktəsini sonadək edəcək, tələblərini reallaşdıracaq. Paşinyandan hələ çox tələblərimiz olacaq. İrəvan hökumətinin edə biləcəyi sadəcə prosesi mümkün qədər uzatmaqdır”.

“44 günlük müharibə və sonrasında baş verənlər, o cümlədən bir günlük anti-terror əməliyyatı və ermənilərin Azərbaycanı tərk etməsi göstərdi ki, işğalda olan kəndlərimiz gec-tez qaytarılacaq. Bu da zaman tələb edir", - deyə Fuad Abbasov əlavə edib.



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər