Saytımızı qiymətləndirin


 
 

Türkiyənin əsas neft terminalı Rusiya ilə əməliyyatları dayandırdı - “Reuters”
Tarix: 05-03-2024 | Saat: 17:50
Bölmə:Karusel / Region | çapa göndər

ABŞ-ın “kölgə donanması” tankerlərinə sanksiyalar tətbiq etməsi, həmçinin Türkiyə, Çin və Ərəb bankları vasitəsilə ödənişləri əngəlləməsi Rusiya neft şirkətlərinə Türkiyə bazarında yeni problemlər yaradıb. İndə də Aralıq dənizi sahilində yerləşən Türkiyənin əsas daşıma terminalı “Dörtyol” Rusiya nefti ilə işləməkdən imtina edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Məlumata görə, terminalı idarə edən “Global Terminal Services” şirkəti bu gün elan edib ki, 2023-cü ildə Rusiyadan rekord həcmdə neft alan liman Rusiyadan yükləri qəbul etməyəcək.

“Hətta hər hansı qanunların, qaydaların və ya sanksiyaların pozulması olmasa belə, şirkət mövcud sanksiyalar qaydalarına əlavə tədbir kimi Rusiya mənşəli məhsulları və ya Rusiya limanlarından göndərilən məhsulları qəbul etməyəcək”, – deyən şirkət yetkilisi fevralın sonunda müştərilərə bildiriş göndərildiyini bildirib.

O da qeyd olunub ki, yeni məhdudiyyətlər mövcud sanksiya qaydalarına əlavə tədbirdir və bütün əvvəlki əməliyyatlar məhdudlaşdırıcı tədbirlərə, o cümlədən G-7 ölkələri tərəfindən müəyyən edilmiş yanacağın qiymətinin yuxarı həddinə riayət olunmaqla həyata keçirilib.

Eyni zamanda, terminal fevralın sonunda qadağa tətbiq edilməzdən əvvəl bəyan edilmiş Rusiya yüklərini qəbul etməyə davam edəcək

“Kpler” analitik şirkətinin məlumatına görə, sonuncu rus tankeri Dörtyol terminalına fevralın 19-da “Primorsk” limanından 511 min barel dizel yüklnərək gəlib.

“Bloomberg”in məlumatına görə, noyabrın ortalarında ABŞ Kremlin “kölgə donanması”na qarşı sanksiyalar tətbiq etməyə başlayandan sonra Rusiya neftinin ixracı kəskin şəkildə azalıb.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər