Macarıstan Aİ-Merkosur razılaşmasının əleyhinə səs verəcək
Tarix: 08-01-2026 | Saat: 14:11
Bölmə:Karusel / Dünya | çapa göndər
88 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-01-2026 | Saat: 14:11
Bölmə:Karusel / Dünya | çapa göndər
Macarıstan sabah Avropa İttifaqı ölkələri arasında keçiriləcək səsvermədə Aİ-Merkosur azad ticarət razılaşmasının əleyhinə səs verəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.
Nazir bildirib ki, Aİ Komissiyası Cənubi Amerikadan gələn kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına limitsiz axını üçün çalışır və bu macarıstanlı fermerlərin qazancına mənfi təsir göstərəcək.
“Biz bu qərara qarşı çıxırıq. Brüssel yenə də bizim fermerlərimizin maraqlarını heçə sayır”, - Siyarto vurğulayıb.
Qeyd edək ki, Aİ-Merkosur ticarət müqaviləsi Cənubi Amerika ölkələrinin kənd təsərrüfatı məhsullarının Avropaya ixracı ilə bağlı razılaşmadır.
Xəbəri paylaş
Digər xəbərlər
7-05-2022, 00:19
ÜST rəhbəri Ukraynaya işgüzar səfər edib
23-11-2025, 10:43
Britaniya XİN ABŞ-ın Ukrayna planının işlək olduğuna inanır
6-11-2020, 12:10
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli DƏYİŞDİRİLİR
3-08-2024, 08:52
Çin hökuməti İsraillə bağlı məsələyə münasibət bildirib
26-08-2025, 22:47
Allahşükür Paşazadə İran səfirini Qarabağa səfərə dəvət edib
20-11-2023, 13:22
“Zəngəzur dəhlizi”nin keçid məntəqələri üzərində iş aparılır- DGK sədri
4-04-2022, 11:57
Bu şəxslər üçün şans imtahanları keçirilməyəcək


















