Saytımızı qiymətləndirin


 
 

Üç döyüşçü qardaşın anası Prezidentə məktubda nələr YAZDI...
Tarix: 05-03-2024 | Saat: 13:56
Bölmə:Karusel / Sosial | çapa göndər

Üç döyüşçü qardaşın anası Prezidentə məktubda nələr YAZDI...

 

Zaqatala rayonunun Üçüncü Tala kəndinin sakini, Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Şixamir Qaflanovun anası Mominət Qaflanova Prezident İlham Əliyevə məktub yazıb.
Qarabaginfo.az xəbər verir ki, Mominət Qaflanova daha iki döyüşçünün anasıdır. O, Prezidentə üanvanladığı məktubunda bildirib: 

“Cənab Prezident,

Mən, Xüsusi təyinatlı dəstə komandiri, Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Şixamir Qaflanovun, Qarabağ müharibəsi qazisi və II qrup əlil Asif Qaflanovun, ’’İgidliyə görə” medalı ilə təltif edilmiş polis polkovnik-leytenantı Qurban Qaflanovun anası Mominət Qaflanova olaraq, Qaflanovlar ailəsi adından Sizi Prezident seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, ailə səadəti və xoşbəxlik arzu edirəm.

Cənab Prezident, biz Qaflanovlar daim Sizin diqqət və qayğınızı üzərimizdə hiss etmişik. Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə də ayrıca minnətdarıq. Fəxrlə deyə bilərəm ki, dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda övladım şəhid olmuşdur.

Allahdan arzum başda Siz olmaqla, xalqımızı və dövlətimizi mənfur düşmənlərin hiylə və fitnələrindən qorumasıdır. Nə qədər ki, Siz varsınız, nə qədər ki, dövlətimizin rəhbərisiniz, yaşadığımız müddətcə hər hansı bir təhlükə yaranarsa Sizin yolunuzda canımızdan keçməyə hazırıq.

Hörmətlə,

Mominət Qaflanova,

Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Şixamir Qaflanovun anası”.

Modern.az-ın məlumatına görə, mayor Şixamir Qaflanov Vətən Müharibəsinin gedişində - 2020-ci il oktyabrın 19-da Füzuli-Xocavənd istiqamətində gedən döyüşdə həlak olub. Oktyabrın 24-də Zaqatala rayonunun Üçüncü Tala kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Onun böyük qardaşı Asif Qaflanov Birinci Qarabağ müharibəsi qazisidir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan A.Qaflanov ikinci qrup müharibə əlilidir.

Qəhrəman zabitin digər qardaşı, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis polkovnik-leytenantı Qurban Qaflanov Vətən Müharibəsində fəal iştirakına görə “İgidliyə görə” medalı ilə təltif olunub.



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər