Saytımızı qiymətləndirin


 
 

Gürcüstan və İran vətəndaşlarının təyyarəylə Azərbaycana uçuşuna icazə verilib
Tarix: 15-02-2022 | Saat: 20:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstan və İran vətəndaşlarının təyyarəylə Azərbaycana uçuşuna icazə verilib

Gürcüstan və İran İslam Respublikası vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Bu ölkənin vətəndaşlarının aşağıdakı tələblər nəzərə alınmaqla Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər