Saytımızı qiymətləndirin


 
 

Prezidentin köməkçisi yeni vəzifəyə təyin edildi
Tarix: 26-10-2021 | Saat: 11:49
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Oktyabrın 25-də ABB ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Şahmar Mövsümov, Emin Hüseynov, Xalid Əhədov, Mətin Eynullayev, Fəxri İsmayılov ABB-nin Müşahidə Şurasının üzvləri seçilib. 

 

Qarabaginfo.az xəbər verir ki, ABB səhmdarlarının ümumi yığıncağında Şahmar Mövsümov yenidən Bankın Müşahidə Şurasının sədri təyin edilib. 

 

Yığıncaqda ABB-nin İdarə Heyəti sədrinin təyinatı məsələsinə də baxılıb. Abbas İbrahimov yenidən Bankın İdarə Heyətinin sədri təyin olunub.  

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 



Xəbəri paylaş

533 dəfə oxunub.

Digər xəbərlər