Saytımızı qiymətləndirin


 
 

AMEA-da Mehdiyevin dövründəki qanunsuzluqlarla bağlı - Cinayət işi açıldı
Tarix: 21-10-2024 | Saat: 16:01
Bölmə:Karusel / Kriminal | çapa göndər

amea-da-mehdiyevin-dovrundeki-qanunsuzluqlarla-bagli

Azərbaycan Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hesablama Palatasından daxil olmuş material əsasında AMEA-nın fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, 2019-2022-ci illərdə quruma Ramiz Mehdiyev rəhbərlik edib.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər
11-10-2021, 16:08 Paşinyan Rusiyaya gedir
2-11-2018, 10:41 Metroda problem yarandı